Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Araq içdik, əsəbiləşib polisə xəsarət yetirdim” – Azərbaycanlı keçmiş deputat

11 ay ago
A A
deputat eldaniz salim

Milli Məclisin həbsdə olan sabiq deputatı Eldəniz Səlimovun məhkəmədə verdiyi ifadəsi məlum olub.

 

“Qərb Xəbər” məlumat verir ki, o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dindirilən zaman deyib ki, baş vermiş hadisə ilə bağlı böyük peşmançılıq hisləri keçirir.

O bildirib ki, zərərçəkmiş, Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin atasına zəng etməklə onu çay evinə dəvət ediblər:

“Hadisədən əvvəl – 2021-ci ilin iyul ayının 6-da Xaçmazda idim. Həmin gün saat 22 radələrində keçmiş iş yoldaşımla birlikdə “Starıy Dvor” adlanan çay evinə getdik, saat 00:00-dan az əvvəl isə oranı tərk etdik. Bundan təxminən 15-20 dəqiqə sonra həmin çay evini işlədən qohumum mobil telefonuma zəng etdi. Dedi ki, 2 nəfər mülki geyimli şəxs obyektə gəlib. Qohumumun sözlərinə görə, həmin şəxslər deyiblər ki, çay evi saat 00:00-dan sonra fəaliyyət göstərdiyi üçün videoya çəkiblər və bu zaman mən də orada olmuşam. Mən isə yenidən çay evinə qayıtmadım. Bir qədər sonra qohumum zəng edib, gələn şəxslərin polis əməkdaşları olduqlarını və atası Çingiz Əfəndiyevin məsələni həll etdiyini və həqiqətən mənim şəkilimin çəkildiyi barədə məlumat verdi.

İyulun 28-də saat 15 radələrində Xaçmaz rayonunda yerləşən “Sonalı göl” restoranına getdim. Orada tanışlarımla yemək yeyib, təxminən 700 qram araq içdik. Axşam saat 23 radələrində “Starıy Dvor”a getdik və orada pivə və çay sifariş etdik. Obyektdə olarkən iyul ayının əvvəlində polislərin “Starıy Dvor”a gəlməsi, məni icazəsiz videoya çəkməsi barədə hadisə yadıma düşdü. Sonra həmin polisi çağırıb məsələni aydınlaşdırmağı qərara aldım. Tanışım polis əməkdaşı Zaurun atası Cavanşir Mirzəyevə zəng edərək oğlunun biz olduğumuz obyektə gəlməsini xahiş etdi. Təxminən 10-15 dəqiqədən sonra, yəni gecə saat 1-ə qalmış zərərçəkmiş bizim yanımıza gəldi və sağ tərəfimdə əyləşdi. Zaurdan məni tanıyıb-tanımadığını, kiməsə pislik etməyimi eşidib-eşitmədiyini soruşdum. Sonra isə əsəblərimə sahib çıxa bilmədiyimə görə araşdırılan hadisə baş verdi və Zaura yüngül xəsarət yetirdim. Bu zaman ətrafda başqa müştərilər yox idi”.

E.Səlimov deyib ki, hadisə baş verən vaxt məzuniyyətdə olub:

“Hazırda törətdiyim əməldən peşmanam”.

Qeyd edək ki, E.Səlimovun barəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülmüşdü və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Səlimov apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. / Report

qerbxeber.com

Son xəbərlər

bayden

Bayden: “Putin artıq Ukraynanı itirib, daha heç nə edə bilməz”

09 Fevral 2023
zelzele

ABŞ seysmoloqu: “Türkiyədə baş verən zəlzələlər Azərbaycana təsir etməyəcək”

09 Fevral 2023
63e4db1317be663e4db1317be7167594267563e4db1317be163e4db1317be4

Şuşada UNESCO Milli Komissiyalarının toplantısı keçiriləcək

09 Fevral 2023
63e4d81f8144d63e4d81f8144e167594191963e4d81f8144b63e4d81f8144c

Şuşada Əhməd bəy Ağaoğlu ilə bağlı beynəlxalq konfrans keçiriləcək

09 Fevral 2023
63e4d6710819963e4d6710819a167594148963e4d6710819563e4d67108197

Vaqif poeziya günlərinin keçiriləcəyi tarix məlum olub

09 Fevral 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.