Almaniyanın İqtisadiyyat Nazirliyi Ukraynaya 2 700 “Strela” tipli zenit-raketinin tədarükünü təsdiqləyib.
Qərb Xəbər” məlumat verir ki, bu barədə nazirlikdəki mənbələrə istinadən xəbər verilib.
“Almaniyanın İqtisadiyyat Nazirliyi Ukraynaya 2 700 zenit-raketin çatdırılmasına razılıq verib”, – deyə agentliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, bir gün əvvəl Almaniya kansleri Olaf Şolz ölkəsinin Ukraynaya silah tədarükünü təsdiqlədiyini demişdi.