Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

AMEA: Ağstafa-Qazax zonasında Kür çayı məcrasından çıxa bilər

2 ay ago
A A
62baceed8467d62baceed8467e1656409837da77bc719cc7796fdee63adddb565bbc

Kür çayının keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var.

“Qərb Xəbər” məlumat verir ki, bunu “APA”ya açıqlamasında AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.

O bildirib ki, Kür çayının həm Türkiyə, həm Gürcüstan, həm də Azərbaycan hissəsində neçə gündür güclü yağıntılar müşahidə edilir. Bu da Kür çayının və digər çayların səviyyəsinin müvəqqəti artmasına gətirib çıxarır:

“Səviyyənin kəskin artması bu şəkildə davam edərsə, arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu il qış fəsli və yay fəsli anomal keçdi. Bu səbəbdən çaylarda illik gursululuq dövrü də gecikdi. Gursululuq dövrü adətən apreldən iyuna qədər davam edirdisə, iyulun əvvəllərinə qədər uzanacağı gözlənilir. Radar müşahidələri göstərir ki, qərb rayonlarında mayın sonlarından bəri güclü yağıntılar davam edir. Kürün keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var. Lakin hazırda Ağstafa-Qazax zonasında səviyyənin daha çox qalxması baş verir. O hissələrdə Kür məcrasından çıxa bilər”.

Səid Səfərov onu da əlavə edib ki, Kürün aşağı axarında – Salyan, Neftçala zonasında da artım var:

“Kürün aşağı axarı üçün səviyyəsi bilirsiniz ki, Mingəçevir su anbarında nizamlanır. Burada müəyyən hədd var ki, səviyyə həmin həddi keçəndən sonra anbardan daha çox su buraxılmasına başlanılacaq. Bu zaman Salyan və Neftçalada da təhlükəli prosesləri müşahidə edə bilərik. Ümumiyyətlə, Kürün illik axınının azalması o demək deyil ki, ayrı-ayrı aylardan kəskin artmalar olmayacaq. Lakin çoxillik məlumatlara əsasən, deyə bilərik ki, Kürün aşağı axarında səviyyə azalıb. Bu da daha çox antropogen amillərlə əlaqədardır. Süni meşəliklərin salınması, suvarma suyunun düzgün tənzimlənməməsi çaylarda suyun səviyyəsinin azalmasına gətirib çıxarır. Təbii ki, qlobal istiləşmə amili də buna öz təsirini göstərir”.

Son xəbərlər

indir

Azərbaycanda keyfiyyətsiz qənd istehsal edən müəssisələrin adları açıqlanıb – SİYAHI

13 Avqust 2022
a8a6a112bf5242117a2485c59a34cdd2

Tovuzda “Uğur” ağır atletika klubu yaradılıb

13 Avqust 2022
Blue Scrapbook Travel YouTube Channel Art (1)

Hər bir vətəndaş İcbari Tibbi Sığortadan ödənişsiz istifadə edə bilər

13 Avqust 2022
trend_zakir_hasanov_131014_03

Zakir Həsənov ordu rəhbərliyi ilə müşavirə keçirib

13 Avqust 2022
indir (27)

Avqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

13 Avqust 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.