Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Almansayağı “sərçə bazarı” – Video

4 mart / 15:04 2 dəq
Hazir serce bazari.mpg 3 4 2022 1 19 59 PM
4 mart / 15:04
Burada sizin reklamınız ola bilər

Ölkədə göz oxşayan makro marketlərin sayı durmadan artır. Buna baxmayaraq, bir əsrdən çox yaşı olan bazar öz aktuallığını bu gün də qorumaqdadır. Tovuzda yerləşən “Sərçə bazarı”nın nə hündür binası var, nə də dəbdəbəli vitrini. Amma küçələrdən birində salınan bu bazar alıcı sarıdan əziyət çəkmir. Əsl kənd məhsulu istəyən günün bəlli saatında yolunu məhz buradan salacaq.

Sakinlər əmindirlər ki, 100% təbii, ev şəraitində hazırlanan süd və tərəvəz məhsullarını yalnız sübh tezdən açılan və cəmi 2-3 saat davam edən “Sərçə bazarı”ndan almaq olar. El dili ilə desək, “gətiricilər”in öz həyətində becərdiyi məhsulların qiymətinin də münasib olması müştəriləri cəlb edir.

Alıcıların sözlərinə görə, onlar nağd pul olmayanda da, “Sərçə bazar”ından əliboş  qayıtmırlar. Müştərilərini məmnun etməyə çalışan gülərüz satıcılar nisyə alış da təşkil edirlər.

Ticarət məkanının əsasının 19-cu əsrdə Tovuzda yaşayan almanlar tərəfindən qoyulduğu deyilir.  Almanlar o vaxtdan becərdikləri məhsulların satışını həyata keçiriblər.İndi də bu ənənə elə almansayağı dəqiqliklə davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı