Almaniya xarici işlər naziri Annalena Berbok Ermənistana və Azərbaycana səfər edəcək.
“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə deyib.
Onun sözlərinə görə, səfər bu həftə baş tutacaq.
“Nazir cümə günü səhər Ermənistana səfər edəcək. O, əvvəlcə İrəvanda olacaq, erməni həmkarı Ararat Mirzoyanla görüşəcək”, – – XİN-in nümayəndəsi qeyd edib.
O əlavə edib ki, Berbokun proqramında Qarabağı könüllü tərk etmiş sakinlərlə görüş də yer alır. XİN rəsmisi diqqətə çatdırıb ki, almaniyalı nazir şənbə günü Azərbaycana yola düşəcək, onun Bakıda XİN rəhbəri Ceyhun Bayramovla danışıqları planlaşdırılır, eyni zamanda, vətəndaş cəmiyyətinin nümayəndələri görüşü də gözlənilir.
R.Carçılı