Bu gün İrandakı Almanya səfirliyinin əməkdaşları “Astara” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunub.
Qerbxeber.com xəbər verir ki, bu barədə Almaniyanın Bakıdakı Səfirliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, onlarla bərabər, həm də Avropa İttifaqına daxil olan digər ölkələrin vətəndaşları da İrandan Azərbaycana gətirilib.
“Azərbaycan hakimiyyətinin Bakıda və sərhəddə göstərdiyi bütün dəstəyə görə minnətdarıq”, – deyə paylaşımda qeyd olunub.