Dünya

Aİ XİN başçılarının növbəti iclasında Ermənistan-Azərbaycan məsələsi müzakirə olunacaq

24 oktyabr / 10:15 1 dəq
Flag
24 oktyabr / 10:15
Burada sizin reklamınız ola bilər

Ermənistan-Azərbaycan məsələsi noyabrın 13-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq.

Bu barədə “Qərb Xəbər“in  sorğusuna cavab olaraq Avropa Komissiyasından bildirilib.

Qeyd olunub ki, vaxt məhdudiyyətinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin dünənki görüşündə Ermənistan-Azərbaycan məsələsini müzakirə etmək mümkün olmayıb və təxirə salınıb. Buna görə də məsələ nazirlərin növbəti iclasının gündəliyinə salınmalıdır.

Mələk.M

Paylaş
Burada sizin reklamınız ola bilər