Ağstafa

Ağstafada Zəfər Forumu keçirilir

19 oktyabr / 14:48 1 dəq
D62ae70f 029d 3889 90d0 53bc09d9e981
19 oktyabr / 14:48
Burada sizin reklamınız ola bilər

Prezident Administrasiyasının (PA) dəstəyi, Müdafiə Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa rayonunda Zəfər Forumu keçirilir.

“Qərb Xəbər”in “Report”a istinadən məlumatına görə, forumda PA-nın Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, PA-nın məsul əməkdaşı Əli Pənahov, Müdafiə Nazirliyinin nümayəndələri və Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarından olan idarə və təşkilatların təmsilçiləri iştirak edirlər.

Forum Aqrar Sənaye Kompleksinin tədbir zalında keçirilir.

Qeyd edək ki, Zəfər Forumu bundan əvvəl oktyabrın 18-də Gəncə şəhərində keçirilib.

Növbəti forumlar isə Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər