Ağstafada avtomobil piyadanı vuraraq öldürüb
Ağstafa şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1949-cu il təvəllüdlü Raya Abdullayevanı avtomobil vurub.
Ağır xəsarətlər alan qadın xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.




