Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub.
Təhsil Nazirliyinin yaydığı məlumata görə, nəticədə məktəbə ciddi ziyan dəyib.
Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.
Bugünədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.