Dünya

ABŞ Ukraynaya 375 milyon dollarlıq yardım ayırıb

26 sentyabr / 10:13 1 dəq
ABS UK Herbi yard;m
26 sentyabr / 10:13
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Co Bayden Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

Qerbxeber.com  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunub.

Yeni paketə kaset bombaları, HIMARS reaktiv yaylım atəş sistemləri və artilleriya üçün döyüş sursatı, o cümlədən “Javelin”(tank əleyhinə raket kompleksləri) daxildir.

“Biz Ukraynanı bu yeni yardımla mümkün qədər tez təmin edəcəyik”, – Dövlət Departamenti məlumatında qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər