ABŞ-ın Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı öz tələbləri var, lakin yekun qərarları Moskva və Kiyev qəbul etməlidir.
Qerbxeber.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus “Fox News”a açıqlamasında bildirib.
“Prezident bu mövzuda öz fikirlərini açıq şəkildə ifadə edib. Lakin şərtlər Ukrayna və Rusiya arasında müəyyənləşdirilməlidir. Onlar bizim mövqeyimizi bilirlər, amma nəticədə qərar onlardan asılı olacaq”, – Bryus qeyd edib.