Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

ABŞ Gürcüstanın iki yüksək vəzifəlisinə sanskiya tətbiq etdi

20 dekabr / 22:42 3 dəq
Sanksiya
20 dekabr / 22:42
Burada sizin reklamınız ola bilər
ABŞ  Gürcüstan Daxili işlər naziri Vaxtanq Qomelauri və Xüsusi Tapşırıqlar Departamentinin direktor müavini Mirza Kezevadzeyə qarşı sanksiyalar tətbiq edərək onları “Qlobal Maqnitski” siyahısına daxil edib.

Qerbxeber.com  Gürcüstan mediasına xəbər verir ki, bu barədə ABŞ Maliyyə Departamenti bəyanat yayıb.

Belə ki, sözügedən yüksək vəzifəlilər ABŞ Maliyyə Nazirliyinin “Xüsusi Təyin Edilmiş Şəxslər Siyahısı”na (SDN List) daxil ediliblər. Məlum olduğu kimi, SDN List “İnsan Hüquqları üzrə Cavabdehlik Maqnitski Qlobal Aktı” əsasında yaradılıb və 2017-ci ildən qüvvədədir.

Maliyyə Departamentinin bəyanatında vurğulanıb ki, Vaşinqtonun bu addımı Böyük Britaniya ilə koordinasiyalı şəkildə atılıb. Böyük Britaniya da bu gün daxili işlər naziri Vaxtanq Qomelauri və daha dörd güc strukturu əməkdaşına qarşı sanksiyalar tətbiq edib.

“Gürcüstanda keçirilən seçkilər fonunda, Daxili İşlər Nazirliyinin əsas vəzifəli şəxsləri öz xalqına qarşı zorakı və qəddar təzyiqlərdə iştirak ediblər. Buraya jurnalistləri məqsədyönlü şəkildə hədəf almaq və zorakılıq tətbiq etmək də daxildir. Birləşmiş Ştatlar, öz vətəndaşlarının hüquqlarını məhdudlaşdırmağa və fundamental hüquqları pozmağa çalışanları cavabdehlikdən kənarda qoymayacaq – istər Gürcüstanda, istərsə də dünyanın digər yerlərində” , – deyə ABŞ Maliyyə Departamentinin katibinin müavini vəzifəsini icra edən Bredli Smit qeyd edib.

Maliyyə Departamentinin bəyanatına görə, sanksiyalar Qomelauri və Kezevadzeyə məxsus olan və ABŞ-da yerləşən və ya ABŞ vətəndaşlarının mülkiyyətində və idarəsində olan bütün əmlakların və əmlak maraqlarının bloklanmasını nəzərdə tutur. Bundan əlavə, sanksiya tətbiq edilən şəxslərin birbaşa və ya dolayı şəkildə, ayrı-ayrılıqda və ya birgə olaraq 50% və ya daha çox mülkiyyətində olan hər hansı əmlak da bloklanır.

“Bundan əlavə, sanksiyaya məruz qalan şəxslərlə müəyyən əməliyyatlarda və ya fəaliyyətlərdə iştirak edən maliyyə institutları və digər şəxslər də sanksiyalar və ya icra tədbirlərinə məruz qala bilərlər” , – bəyanatda deyilir.

Həmçinin, məhdudiyyətlər istənilən sanksiyaya məruz qalan şəxsə ianələrin edilməsini, həmçinin onlardan, onlar üçün və ya onların xeyrinə maliyyə, mal və ya xidmətlərin təmin edilməsini də əhatə edir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı