Tovuzun dağ kəndlərinə qar yağır
Bu gecə Tovuzun ucqar dağ kəndlərinə aprel ayı ərzində ikinci dəfə qar yağıb.
“Qərb Xəbər” saytının məlumatına görə, Muncuqlu, Qoşa, Şıxheybət, Çatax, Böyük Qışlaq, Qaralar kəndlərinə yağan qar yollarda hərəkəti müəyyən qədər çətinləşdirsə də, ciddi fəsadlar törətməyib.
Qar hazırda yağmağa davam edir.


Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı