Bugünkü oyunları hansı kanallar yayımlayacaq?
Bu gün DÇ-2026-nın 1/2 final mərhələsində keçiriləcək Fransa – İspaniya görüşünə və Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin TNS – “Sabah” cavab oyununa Azərbaycan telekanalları vasitəsi ilə baxmaq mümkün olacaq.
Qerbxeber.com xəbər verir ki, TNS – “Sabah” matçı “CBC Sport” telekanalında nümayiş olunacaq. Oyun saat 21:30-da start götürəcək.
Fransa – İspaniya görüşü isə “İctimai TV”də canlı yayımlanacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





