Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Məktəb ləvazimatları valideynlərə neçəyə başa gələcək?/Qərb Xəbər

25 avqust / 09:47 2 dəq
Məktəb ləvazimatları valideynlərə neçəyə başa gələcək?/Qərb Xəbər
25 avqust / 09:47
Burada sizin reklamınız ola bilər

 

Məktəbli ləvazimatları valdeyinlərə neçəyə başa gələcək?

Övladı məktəbli olan valideynlər yeni dərs ilində məktəbli ləvazimatlarına, xeyli pul xərcləməli olurlar. Bəs görəsən bu il məktəb bazarlığı valideynlərə neçəyə başa gələcək?

“Qərb Xəbər” repertyor qrupu Qazaxda olan məktəbli ləvazimatlarının satış mağazalarında olan qiymətlərini araşdırıb. Müşahidələrimiz əsasında məktəbli ləvazimatlarının qiymətlərinin mağazalarda təxminən eyni olduğu, əsasən keyfiyyətinə və istehsal olunduğu ölkəyə görə dəyişdiyi məlum olub.

Beləliklə, hazırda satışda ən ucuz məktəbli çantasının qiyməti 9 manatdır. Çantaların qiyməti istehsal edildiyi ölkəyə görə dəyişir. Türkiyə istehsalı olan məktəbli çantalarının qiyməti isə 30 manatdan başlayır. Qiymətlər 80-85 manata qədər dəyişir.

Dəftərlərin qiyməti vərəqlərin sayından asılı olaraq 20 qəpikdən 1manata qədər dəyişir.
Qələmlərin qiyməti isə 10 qəpikdən 3 manat 40 qəpiyədək dəyişir.
Xətkeşlərin qiyməti 20 qəpik – 2manat arasında dəyişir. Rəngli karandaşların qiyməti isə fərqlidir. 2manat 80 qəpikdən başlayaraq qiymətlər 6 manatadək təklif olunur.Flomasterlərin qiyməti isə 1manat 20 qəpikdən 5 manat aralığındadır. Pozanların qiyməti 10 qəpikdən 1 manat 20qəpiyə, karandaş yonanların qiyməti isə 50 qəpik 1manat 20 qəpik civarındadır. Sadə karandaşların qiyməti 10-40 qəpik aralığındadır. Plastilinlərin qiyməti 1 manat 60 qəpikdən 2manat 50 qəpiyədəkdir.

Satıcılar da, alıcılar da bu il məktəbli ləvazimatlarının qiymətində bahalaşma olduğunu bildirdiriblər.

Ülviyyə Həsənli.
Qərb Xəbər.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı