Hadisə

ABŞ İranın bu şəhərlərini bombardman etdi

Dünən / 22:31 1 dəq
Israil tehran zerbe
Dünən / 22:31
Burada sizin reklamınız ola bilər

ABŞ ordusu helikopterin vurulmasına cavab olaraq İranın Bəndər Abbas, Sirik və Qeşm şəhərlərində müəyyən hədəfləri bombardman edib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “Apaçi” helikopterinin vurulmasına cavab olaraq İrana zərbələrin tamamlandığını elan edib.

Komandanlıq bu barədə X sosial şəbəkəsindəki açıqlamasında bildirib.

“CENTCOM qüvvələri dünən ABŞ ordusuna məxsus “Apaçi” helikopterinin vurulmasına cavab olaraq Ali Baş Komandanın göstərişi ilə İrana özünümüdafiə məqsədilə zərbələri başa çatdırıblar”, – bəyanatda deyilir.

Məlumata görə, zərbələr Hörmüz boğazında İran radarlarını, hava hücumundan müdafiə sistemlərini və yerüstü idarəetmə qurğularını hədəf alıb.

Həmçinin qeyd edilib ki, zərbələr ABŞ Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin dəqiq idarə olunan sursatları və qırıcı təyyarələri ilə həyata keçirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər