ABŞ ilə İran arasında atəşkəs qüvvədə qalır
ABŞ hərbçiləri İranın cənubuna endirilən zərbələrə baxmayaraq, Tehranla atəşkəs rejiminin qüvvədə qaldığını bəyan ediblər.
Qerbxeber.com bildirir ki, bu barədə Teleqraf.az ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.
“Hazırda qüvvədə olan atəşkəs rejimi çərçivəsində qarşısının alınması məqsədilə Mərkəzi Komandanlıq qüvvələrimizin müdafiəsini təmin etməyə davam edir”, – ABŞ hərbçilərinin açıqlamasında bildirilib.
Qeyd edək ki, daha əvvəl CENTCOM ABŞ ordusunun İranın cənubundakı hədəflərə zərbələr endirdiyini təsdiqləmişdi.




