Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.
“Qərb Xəbər” məlumat verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski CNN və Reutersə birgə müsahibəsində bunun üçün şərtini açıqlayıb.
“Rusiya ilə danışıqların başlaması üçün Ukrayna şəhərlərinin bombalanması dayandırılmalıdır”,-deyə Zelenski bildirib.
“Əsas olan ilk növbədə mülki əhalinin bombalanmasını dayandırmaq və sonra danışıqlar masasına oturmaqdır”, – deyə Zelenski vurğulayıb.