Tramp:İranın kapitulyasiya olacağına heçbir şübhəm yoxdur
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranı kapitulyasiyaya məcbur edə biləcəyinə inandığını bildirib.
Qerbxeber.com xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Jurnalistin İranın kapitulyasiyasının mümkün olub-olmaması ilə bağlı sualını cavablandıran ABŞ lideri bu məsələdə şübhəsinin olmadığını deyib.
“Bəli, buna heç bir şübhəm yoxdur”, – deyə Tramp bildirib.




