Rubio və Lavrov ABŞ-Rusiya ikitərəfli əlaqələrini müzakirə edib
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumat yayıb.
“Tərəflər beynəlxalq məsələlərdə və Rusiya-Amerika münasibətlərində mövcud vəziyyəti, həmçinin ikitərəfli əlaqələrin cədvəlini müzakirə ediblər”, – deyə bildirilib.
Nazirlik söhbətin konstruktiv və işgüzar xarakter daşıdığını vurğulayıb.





