Dünya

ABŞ İranda kimlə danışır? Xamneyi ilə əlaqə yox, SEHAP isə başqa kimsəni ciddiyə almır

20 aprel / 11:46 2 dəq
Tramp muraciet
20 aprel / 11:46
Burada sizin reklamınız ola bilər

Tehranla Vaşinqton arasında danışıqların davam etməsinə mane olan əsas problemlərdən biri İranın Ali rəhbəri Müctəba Xamenei ilə əlaqə qurmağın çətinliyidir.

Qerbxeber.com xəbər verir ki,  bu barədə Teleqraf.az İsrailin “Kanal 11” televiziyasına istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ ilə danışıqlar zamanı İranın mövqelərində yekdilliyin olmamasını da bununla izah olunur. Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir tərəfdən daha sərt yanaşma sərgiləyir, digər yandan isə xarici işlər naziri Abbas Əraqçi və Prezident Məsud Pezeşkian fərqli mövqelər ifadə edirlər.

Yaxın Şərqdəki məlumatlı mənbə İsrail kanalına bildirib ki, ABŞ ilə İran arasında aprelin 21-də başa çatacaq atəşkəsin nəticələri qeyri-müəyyən danışıqlar fonunda bir müddət də uzadılması gözlənilir.

Xatırladaq ki, aprelin 11-də İslamabadda keçirilən danışıqların ilk raundunda İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik etmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər