Şəmkirdə 2 azyaşlı bacı kimyəvi məhluldan zəhərlənib
Şəmkir rayonunda valideynlərinin nəzarətindən yayınan 2 azyaşlı uşaq kimyəvi məhluldan içiblər.
“Qərb Xəbər”in məlumatına görə, 2021-ci il təvəllüdlü bacılar yaşadıqları evdə yuyucu kimyəvi məhlul içiblər.
Hər iki uşaq zəhərlənib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.
Onlara lazımi tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı