İran İslamabada getməkdən imtina etdi
İran hökuməti İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-la danışıqlardan imtina edib.
Qerbxeber.com xəbər verir ki, bu iddia ilə İran mediası çıxış edib.
Bildirilib ki, ABŞ-ın qeyri-real və hədsiz tələbləri, daim dəyişən mövqeyindən dolayı müvafiq qərar verilib.
Qeyd edək ki, 8 apreldə tərəflər arasında əldə edilən iki həftəlik atəşkəs razılaşmasından sonra İslamabadda 11 apreldə danışıqlar keçirilmiş, lakin nəticəsiz başa çatmışdı.
Növbəti danışıqların 21 apreldə baş tutacağı gözlənilirdi.





