Tramp: İran bir az mehribanlaşıb
ABŞ prezidenti Donald Tramp şənbə günü Oval Ofisdə İranla danışıqların davam etdiyini, lakin Tehranın yanaşmasından məyus olduğunu bildirib.
Qerbxeber.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Çox yaxşı danışıqlar aparırıq. Onlar 47 ildə olduğundan bir az daha dostcasına davranırlar, bir az mehribanlaşıblar. Uzun illərdir etdiyi kimi, boğazı yenidən bağlamaq istəyirdilər. Bizə çox təzyiq göstərə bilməzlər” – Tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, günün sonuna qədər daha çox məlumata sahib olacaq.
Tramp deyib: “Biz onlarla danışırıq və bilirsiniz ki, sərt mövqe tuturuq. Onlar çoxlu insan öldürüblər”.





