Dünya

Rusiya Odessaya zərbə endirdi-7 nəfər öldü

16 aprel / 10:13 1 dəq
Odessa ev
16 aprel / 10:13
Burada sizin reklamınız ola bilər

Aprelin 16-na keçən gecə Rusiya ordusu Odessaya dron və raketlərlə hücum edib.

Qerbxeber.com UNİAN-a istinadən xəbər verir ki, hücumlar nəticəsində azı 7 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Məlumata görə, şəhər əvvəlcə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, səhərə yaxın isə raket hücumu baş verib. Nəticədə, infrastruktur obyektləri və yaşayış binası zədələnib.

Hücuma məruz qalmış ərazilərdə müvafiq xilasetmə xidmətləri çalışır. Yaralılara tibbi yardım göstərilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, ötən gecə ərzində ölkə ərazisində 87 ədəd “SHAHED/Herbera” tipli dron vurulub.

Paylaş
Burada sizin reklamınız ola bilər