Son Xəbərlər
Kaya Kallas kiberhücumlarla bağlı bəyanat verdi Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Kaya Kallas kiberhücumlarla bağlı bəyanat verdi Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək
Avropa

Macarıstanda seçki-16 illik Orban iqtidarının ən çətin günü

12 aprel / 12:08 2 dəq
Macaristan secim
12 aprel / 12:08
Burada sizin reklamınız ola bilər

Bu gün Macarıstanda ölkənin yeni hökumətini formalaşdıracaq parlament seçkiləri keçirilir.

Qerbxeber.com xəbər verir ki, əsas mübarizə Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “Fides – Macarıstan Vətəndaş Birliyi” və Peter Magyarın lideri olduğu müxalif “Tisya” (Tisza) partiyası arasında cərəyan edir.

Macarıstanın Baş naziri Viktor Orban artıq səsvermə hüququndan istifadə edib. O, ənənəsinə sadiq qalaraq, Budapeştin 12-ci rayonunda, evinin yaxınlığındakı ibtidai məktəbin binasında yerləşən seçki məntəqəsinə gəlib. Baş naziri səsvermə zamanı həyat yoldaşı Aniko Levai müşayiət edib.

Seçki marafonu tərəflərin kəskin fərqlənən platformaları ilə yadda qalıb. Baş nazir Viktor Orban Qərbin Ukraynaya dəstəyini dayandırmağın tərəfdarı olduğunu və Macarıstanın Avropa İttifaqından çıxması (Huxit) ehtimalını belə eyham edib.

Onun əsas rəqibi, Brüsselin dəstəklədiyi avropapərəst siyasətçi Peter Magyar isə fərqli vədlərlə çıxış edir. “Tisya” partiyasının lideri ölkədə korrupsiya ilə amansız mübarizə aparacağını və Macarıstanı yenidən tammiqyaslı Avropa inkişaf yoluna qaytaracağını vəd edib.

Macarıstan parlamentindəki 199 deputat yeri uğrunda mübarizə aparılır. Onlardan 93-ü partiya siyahıları, 106-sı isə birmandatlı dairələr üzrə müəyyən edilir. Hakim “Fides” və onun kiçik tərəfdaşı olan Xristian-Demokrat Xalq Partiyası (XDNP) koalisiyasına qarşı müxalifət blok şəklində deyil, əsasən “Tisya” partiyası ətrafında birləşib.

Proqnozlara görə, 5 faizlik baryeri aşaraq parlamentə düşmək şansı olan digər bir qüvvə Laslo Torotskainin rəhbərlik etdiyi sağ radikal “Bizim Vətənimiz” partiyasıdır.

Səsvermənin ilkin nəticələrinin axşam saatlarında açıqlanacağı gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər