Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin partlama səbəbi:TERAKT?

9 aprel / 15:14 2 dəq
Vurulan ABŞ teyyaresi
9 aprel / 15:14
Burada sizin reklamınız ola bilər

Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğramış Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan araşdırmaların aralıq hesabatı yayımlanıb.

  Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mütəxəssislər tərəfindən götürülən nümunələrin laborator analizi zamanı təyyarənin həm daxili, həm də xarici hissələrində hansısa partlayıcı maddə qalığına rast gəlinməyib:
“Təyyarənin “qara qutu”sunun təhlili göstərir ki, hadisə anına qədər heyət üzvlərinin danışıqlarında və texniki sistemlərin fəaliyyətində hansısa anomaliya qeydə alınmayıb. Qəza zamanı təyyarənin quyruq hissəsinin gövdədən ayrılması nəticəsində məlumat axını kəsildiyindən, son saniyələrə dair rəqəmsal faktlar mövcud deyil. Texniki komissiyanın rəyinə əsasən, təyyarənin mühərrik və pərvanə blokları qəza anınadək normal işləyib. Araşdırmalar nəticəsində mühərriklərdə qüsur olmadığı, pərin qopması kimi gövdəyə zərər verə biləcək halların yaşanmadığı təsdiqlənib. Təyyarənin daxili və xarici elementlərində heç bir partlayıcı maddə izinə rast gəlinməyib. Bununla da hadisənin terror aktı və ya kənar müdaxilə nəticəsində baş verməsi ehtimalı tamamilə istisna olunub.
Qanadın üst hissəsində yerləşən oxlardan birinin karbon qazı balonu ilə birlikdə yerindən çıxaraq təyyarənin quyruq gövdəsinə çırpıldığı ehtimal olunur. Bu toqquşmanın təsiri ilə şaquli və üfüqi tarazlıq sisteminin zədələnməsinin qəzaya yol açdığı bildirilir. Araşdırmalar davam edir”.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı