Yaxın Şərq

SEPAH ABŞ-nin iki təyyarəsini və bir helikopterini vurduğunu bəyan edib

Bu gün / 15:19 1 dəq
Vurulan ABŞ teyyaresi
Bu gün / 15:19
Burada sizin reklamınız ola bilər

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinin İranın daxilində həyata keçirdiyi uğursuz xilasetmə əməliyyatı zamanı itirdiyi texnikaların sayını açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, SEPAH sözçüsünün son bəyanatına əsasən, İran hərbi qüvvələri ölkənin mərkəzi hissəsində — İsfahanın cənubunda ABŞ-yə məxsus iki “C-130” hərbi-nəqliyyat təyyarəsini və iki “Black Hawk” helikopterini məhv edib.

Xatırladaq ki, əməliyyat daha öncə vurulmuş “F-15” qırıcısının heyət üzvünü xilas etmək məqsədilə başladılıb. İlkin məlumatlarda yalnız bir “C-130” təyyarəsinin vurulduğu bildirilsə də, SEPAH-ın rəsmi nümayəndəsi itkilərin daha böyük olduğunu və dörd hava vasitəsinin sıradan çıxarıldığını təsdiqləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər