ABŞ-Aİ münasibətləri gərginləşir.Tramp NATO-nu hədələyir
ABŞ Prezidenti Donald Trampın ABŞ-nin NATO-dakı iştirakını yenidən nəzərdən keçirməyə dair açıqlamaları Avropa İttifaqı (Aİ) ölkələrini çətin vəziyyətə salıb.
Bu barədə “Financial Times” özəl mənbələrə istinadən məlumat yayıb.
Adları açıqlanmayan Avropa rəsmilərinin sözlərinə görə, Trampın bəyanatı NATO-nun fəaliyyətini təmin edən çəkindiricilik faktorunu sarsıdıb. Bundan əlavə, onun dedikləri kollektiv müdafiə ilə bağlı müqavilənin 5-ci maddəsinin müddəalarını şübhə altına alıb.
Avropa diplomatları daha əvvəl qeyd etmişdilər ki, NATO ABŞ-nin üçüncü ölkələrə hücum etmək üçün istifadə edə biləcəyi ordular toplusu deyil. Həmin kontekstdə bütün Aİ ölkələri ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında iştirakdan imtina ediblər.
Buna cavab olaraq ABŞ lideri avropalı müttəfiqlərini “qorxaq” adlandırıb və bunu unutmayacağına söz verib. O, həmçinin alyansı “kağız pələng” adlandırıb.





