İran ABŞ-ə rəsmi cavab verdi
İran ABŞ-nin təklif etdiyi 15 maddəlik plana rəsmi cavab göndərib.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Tehran cavab olaraq əks tələblər irəli sürüb. Bu tələblərə Amerika-İsrail təcavüzünün tamamilə dayandırılması, dəymiş ziyanın ödənilməsi və Hörmüz boğazı üzərində İranın tam nəzarəti daxildir.





