Tovuz rayonunda dövlət tərəfindən təcili tibbi yardım maşını üçün verilən benzinin satıldığı iddia edilib.
“Qərb Xəbər” bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələ barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, təcili tibbi yardım maşınının yanacağı bitdiyi üçün digər xidməti nəqliyyat vasitəsi ilə operativ olaraq həmin avtomobil yanacaqla təmin edilib:
Qeyd edək ki, avtomobilin fəaliyyətində yaranan qısamüddətli durğunluq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin fəaliyyətində heç bir problemə yol açmayıb. TTTYŞ əməkdaşları daxil olan çağırışlarla bağlı vaxtında ünvanlara çatıblar. Dövlət tərəfindən təcili tibbi yardım maşınına verilən benzinin satılması iddiası əsassızdır”.