Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Yaxın Şərq

İranın qitələrarası orta mənzilli raketləri Avropa paytaxtlarına təhlükədir

22 mart / 11:01 2 dəq
Ballistik
22 mart / 11:01
Burada sizin reklamınız ola bilər

İran İslam Respublikası Hind okeanında yerləşən ABŞ-Böyük Britaniyaya məxsus əsas hərbi baza olan Dieqo Qarsiyaya doğru iki ədəd orta mənzilli ballistik raket buraxmaqla ABŞ-a qarşı hərbi fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib.

Fox News-un məlumatına görə, İrandan təxminən 2,500 mil məsafədə yerləşən Dieqo Qarsiyanın hədəfə alınması Tehranın raket imkanlarının əvvəllər qəbul edilən hədləri aşdığını göstərir.

Fevralın 28-də keçirilən “Operation Epic Fury” əməliyyatından əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi belə demişdi: “Biz qəsdən raketlərimizin mənzilini 2,000 kilometrdən aşağı saxlamışıq ki, bu imkanımız olmasın. Biz bunu etmək istəmirik, çünki ABŞ xalqına və bütün avropalılara qarşı düşmənçiliyimiz yoxdur.”

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib ki, İran Dieqo Qarsiya adasındakı Amerika hədəfinə doğru 4,000 kilometr (2,500 mil) mənzilə malik iki mərhələli qitələrarası ballistik raket buraxdı: “Bu raketlər İsraili vurmaq üçün nəzərdə tutulmamışdı. Onların mənzili Avropa paytaxtlarına çatır — Berlin, Paris və Roma birbaşa təhlükə zonasındadır.”

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Nadav Şoşani isə X platformasında İranın guya verdiyi yanlış məlumatları tənqid edərək yazıb: “Müharibədən cəmi 3 gün əvvəl İran rejimi uzun mənzilli raketlərə malik olmadığını deyirdi. Bu gün isə İran ərazisindən 4,000 km uzaqlığa raket atılması ilə onların yalanı bir daha ifşa olundu. Onlar yalan danışaraq dünyanı terror edə biləcək bir gücə çevrilmək istəyirdilər. Biz buna inanmadıq.”

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı