Dünya

Tramp: İranda dövlət qura bilən şəxsləri hakimiyyətdə görmək istəyirik

12 mart / 07:59 1 dəq
Trump Reigan
12 mart / 07:59
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp İranda ölkəni idarə etməyə qadir olan şəxslərin hakimiyyətdə olmasını istədiyini bildirib.

Qerbxeber.com xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Vaşinqton İranda dövlət idarəçiliyini həyata keçirə bilən rəhbərlik görmək istəyir.

“İdeal olaraq biz orada (İran rəhbərliyində – red.) nə etdiyini bilən insanları görmək istərdik. Başqa sözlə, dövləti qura bilən şəxsləri”, – deyə ABŞ prezidenti bildirib.

Bundan əvvəl Tramp martın 8-də “ABC News” telekanalına müsahibəsində demişdi ki, ABŞ-nin razılığı olmadan İranda yeni ali lider uzun müddət hakimiyyətdə qala bilməyəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər