Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

İranın yeni ali lideri Müctəba Xamneyi kimdir?-DOSYE

4 mart / 11:52 2 dəq
Müctəba xamneyi
4 mart / 11:52
Burada sizin reklamınız ola bilər

İran Ekspertlər Assambleyası və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) birgə qərarla Əli Xamneyinin oğlu Müctəba Xamneyini İranın yeni ali lideri seçib.

Qerbxeber.com Bizim.Media-ya istinadən Müctəba Xameneinin dosyesini təqdim edir:
Müctəba 1969-cu il sentyabrın 8-də Məşhəddə anadan olub. Orta məktəbi bitirdikdən sonra ilahiyyatı öyrənməyə başlayıb. Onun ilk müəllimləri arasında atası Əli Xameneii və Ayətullah Mahmud Haşimi Şahrudi də var idi.
1999-cu ildə din xadimi kimi ixtisaslaşmaq üçün Qumda təhsilini davam etdirib. Orada Məhəmməd-Təqi Məsbah-Yəzdi, Ayətullah Lütfullah Safi Qolpayqani və Məhəmməd Baqir Xərazi kimi tanınmış din xadimlərindən dərs alıb.
O, 1987-1988-ci illərdə İran-İraq müharibəsində iştirak edib. Müctəba, həmçinin 2009-cu il seçkiləri ilə bağlı kütləvi etirazları yatırmaq üçün istifadə edilən “Bəsic” milislərinə nəzarət edib.
O, uzun illərdir atasının yerinə keçəcək ən iddialı namizədlərdən biri hesab olunurdu. Müctəba SEPAH liderləri arasında böyük nüfuza malikdir.
Müctəba Xamneyi bir vaxtlar İran prezidenti Mahmud Əhmədinejada yaxınlığı ilə seçilib, 2005-ci, eləcə də 2009-cu il prezident seçkilərində onu dəstəkləyib. 2009-cu ilin iyununda baş verən “Yaşıl hərəkat” zamanı hökumət əleyhinə nümayişçilərə qarşı repressiyaların təşkilində onun əsas fiqur rolunu oynadığı güman edilir.
Həmin seçkilərdə islahatçı namizəd olan Mehdi Kərrubi açıq məktub yazaraq Müctəba Xamneyini “şəbəkənin” qeyri-qanuni müdaxiləsinə istinad edərək, seçkiləri Əhmədinejadın xeyrinə saxtalaşdırmaqda ittiham etmişdi.
Müctəba 2004-cü ildə Zəhra Həddad-Adil (keçmiş parlament spikerinin qızı) ilə evlənib və onların bir övladı var.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı