“Ermənistanın Təhlükəsizlik Şurası 2022-ci ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağın mümkünlüyünü müzakirə edib”.
“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müzakirələrin nəticəsi olaraq təşkilata üzvlüyün davam etdirilməsi barədə qərar qəbul edilib.