Kobaxidze ABŞ Dövlət Departamentinə müraciət etdi
Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentini Vaşinqtonun Tbilisidə baş verən insidentlərdə heç bir payı olmadığını sübut etmək üçün 4 oktyabr çevriliş cəhdini pisləməyə çağırıb.
Qerbxeber.com xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
“Mənim ABŞ Dövlət Departamentinə çağırışım hökuməti devirmək cəhdini açıq şəkildə pisləmək və bununla da gürcü xalqına Dövlət Departamentinin ölkəmizdə elə bir marağının olmadığını effektiv şəkildə nümayiş etdirməkdir”, – Kobaxidze brifinqdə deyib.




