Siyasət

Ərdoğanla Tramp telefonla danışıb

3 oktyabr / 19:09 1 dəq
68dfe6946e91268dfe6946e913175950402068dfe6946e91068dfe6946e911
3 oktyabr / 19:09
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Qerbxeber.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər və Qəzzadakı vəziyyət müzakirə olunub.

Ərdoğan Vaşinqton səfərinin əlaqələri gücləndirdiyini, xüsusilə müdafiə sənayesində əməkdaşlığın artırılmasının vacibliyini bildirib.

O, Türkiyənin Qəzzada və bölgədə sülhün bərpası üçün fəal diplomatik səylər göstərdiyini, İsrailin hücumları dayandırmasının sülh təşəbbüslərinin uğurlu olması üçün həlledici olduğunu vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər