Siyasət

Türkiyəli deputat: “Türkiyənin Azərbaycanla bağlı mövqeyi dəyişməz qalacaq”

16 aprel / 16:57 1 dəq
Metin gundogdu
16 aprel / 16:57
Burada sizin reklamınız ola bilər

Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və Ermənistan bunu bilməlidir.

Bunu türkiyəli millət vəkili Metin Gündoğdu Yerevanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında deyib.

Onun sözlərinə görə, Türkiyənin Azərbaycanla bağlı mövqeyi və iki ölkə arasında qardaşlıq münasibətləri dəyişməz qalacaq. O vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməli və münaqişənin nizamlanması üçün zəruri şərtləri yerinə yetirməlidir.

Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bütün dünyanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıdığını bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər