Dünya

NATO Baş katibi Belarusun müxalifət liderini qəbul edib

7 may / 15:57 1 dəq
6639fe121ed1a6639fe121ed1b17150766266639fe121ed186639fe121ed19
7 may / 15:57
Burada sizin reklamınız ola bilər

NATO Baş katibi Yens Stoltenberq Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ilə görüşüb.

Qerbxeber.com xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

“Baş katib Yens Stoltenberq Şimali Atlantika Şurasında çıxış edən belaruslu Svetlana Tixanovskayanı NATO qərargahında salamladı. Baş katib onun demokratiya və insan haqları müdafiəsində göstərdiyi cəsarət və liderliyini yüksək qiymətləndirdiyini vurğuladı”.

Qeyd olunub ki, tərəflər həmçinin Belarus ərazisində Rusiya nüvə silahlarının yerləşdirilməsi məsələsini də müzakirə edib. “Minskin dəstəyi Rusiya üçün mühüm rol oynayıb, Rusiya qüvvələrinə Ukraynaya hücum etmək və işğalçı müharibəni davam etdirmək üçün ərazi və infrastruktur təmin edib. NATO müttəfiqləri Belarusu Rusiyanın müharibəsindəki şərikliyinə son qoymağa və beynəlxalq hüquqa riayət etməyə çağırır”, NATO-nun yaydığı məlumatda bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər