Dünya

Britaniyadan xəbərdarlıq: Rusiya bir daha hücumu təkrarlasa, güclə cavab veriləcək

16 sentyabr / 18:04 1 dəq
Britaniya ordu
16 sentyabr / 18:04
Burada sizin reklamınız ola bilər

NATO-nun hava məkanı Rusiya pilotsuz uçan aparatları (PUA) tərəfindən pozularsa, Böyük Britaniya güc tətbiq edəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Rusiya başa düşməlidir ki, davam edən təcavüz yalnız NATO müttəfiqlərinin həmrəyliyini və Ukraynanı dəstəkləmək əzmini gücləndirir və bundan sonrakı hər hansı təcavüzə güclə cavab veriləcək”, – bəyanatda vurğulanıb.

Xatırladaq ki, sentyabrın 10-da gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib. Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.

İnsident NATO və Rusiya arasında gərginliyi artırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər