Dünya

ABŞ Ukraynaya rabitə və müdafiə sayəsində avadanlıqların göndərilməsini təsdiqləyib

30 avqust / 10:36 1 dəq
Patriot raketləri
30 avqust / 10:36
Burada sizin reklamınız ola bilər

ABŞ Dövlət Departamenti Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi üçün ehtiyat hissələrinin 179,1 milyon dollar dəyərində tədarükünü təsdiqləyib. Bundan əlavə, Kiyev 150 milyon dollarlıq peyk rabitəsi xidmətləri ilə təmin olunacaq.

Bu barədə “RİA Novosti” məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Pentaqonun açıqlamasına görə, ehtiyat hissələrinin satışı Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır.

Peyk rabitəsi xidmətləri isə Ukraynanın mövcud Starlink terminallarının genişləndirilməsini nəzərdə tutur. Bu texnologiya döyüş bölgələrində sabit və təhlükəsiz rabitənin təmin olunmasında mühüm rol oynayır.

Qeyd edək ki, bundan əvvəl ABŞ hökuməti Ukraynaya əlavə olaraq 1 milyard dollar dəyərində silah satışını da təsdiqləmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər