Hadisə

İlham Əliyev: Yeganə xalq bizik ki, tam Qələbə qazandıq-mütləq Qələbə qazandıq!

21 avqust / 21:57 2 dəq
İlh meh
21 avqust / 21:57
Burada sizin reklamınız ola bilər

Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır.

Qerbxeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcərə qayıdan sakinlərlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, indi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni, bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır.

Paylaş
Burada sizin reklamınız ola bilər