Ağstafa

Ağstafada Yol Nişanlama işləri aparılır

20 avqust / 18:05 1 dəq
Ağstafa
20 avqust / 18:05
Burada sizin reklamınız ola bilər

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Ağstafa şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri həyata keçirilir.

Qurumdan  verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti, Nizami Gəncəvi, Mehdi Hüseyn, Ü.Hacıbəyli, H.Arif, M.Ə.Rəsulzadə, R.Alcanov, A.Ələsgər küçələri və Poylu kəndi ərazisində yol nişanlanma xətləri yenilənib.

Ümumilikdə 37 km-dən çox ərazidə xətləmə işləri aparılıb. Hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.

Qeyd edək ki, yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər