Ağstafa

Görkəmli şair və ictimai xadim Məmməd İsmayıl Tovuzda dəfn olundu

20 avqust / 17:22 2 dəq
Məmməd İsmayıl dəfn
20 avqust / 17:22
Burada sizin reklamınız ola bilər

Görkəmli şair, ictimai xadim, pedaqoq Məmməd İsmayıl bu gün Tovuz rayonunda dəfn edilib. Qerbxeber.com-un Əsrik-Cırdaxana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, 19 avqustda vəfat edən şairin nəşi Əsrik-Cırdaxandakı evinə gətirildi. Burada şair Məmməd İsmayılla vida mərasimi keçirildi.

Mərasimin sonunda Aşıq Şəhriyarın ifasında “Ruhani”havasının sədaları altında M m İs Məmməd İsmayıl-sevənlərinin Məmməd əmisi son mənzilinə uğurlandı. Daha sonra, şairin ailə üzvləri və ictimaiyyət nümayəndələrinin müşaiyyəti ilə cənazə Əsrik-Cırdaxan kənd qəbristanlığına gətirildi.

Məmməd İsmayıl burada öz vəsiyyətinə əsasən doğmalarının yanında dəfn olundu.

Bilirəm çıxacaq bu dağ dumandan,

Bu çişək qönçədən, bu qəlb gumandan.

İlahi, mən necə çıxım zamandan

Əvvəli keçmişdi, sonu gələcək! -deyən şair Məmməd İsmayıl bu gün çox sevdiyi Tovuzunun Əsriyinin torpağına tapşırıldı. Allah rəhmət etsin,Tinin uçmağ olsun, Məmməd ƏMİ

“Qərb xəbər”

Paylaş
Burada sizin reklamınız ola bilər