Tovuzda evlərdən oğurluq edilib
Tovuzda müxtəlif vaxtlarda 2 evdən oğurluq edilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Qərb Xəbər”in məlumatına görə, rayon ərazisindəki evlərin birindən 5 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər evdən isə 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hər iki evdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini A.Rüstəmov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı