Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Kremlin Zəngəzur tələbləri-Paşinyan cavab verəcək

14 avqust / 14:59 2 dəq
Pasinyan 1
14 avqust / 14:59
Burada sizin reklamınız ola bilər

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyevin “Ermənistanın Zəngəzur vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır” açıqlamasından ilk növbədə Baş nazir Nikol Paşinyan narahat olmalı və Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə ona (oxu: Kremlə) cavab verilməlidir.

Qerbxeber.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Rusiyalı rəsmilər bir tərəfdən “Vaşinqton razılaşmasının detallarını öyrənirik” deyərkən, son günlər İrəvana xəbərdarlıq mesajları göndərməyə başlayıblar. Birincisi, söyləyirlər ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəzərə alınmalıdır. Yəni rusiyalı rəsmilər və diplomatlar bununla demək istəyirlər ki, Zəngəzur dəhlizi Avrasiya İqtisadi Birliyinin inteqrasiya modelinə uyğun olmalıdır. Bunun nə dərəcədə məntiqli istək olduğunu İrəvan birlikdəki tərəfdaşlarına izah etməlidir.

İkincisi, rusiyalı rəsmilər və diplomatlar Vaşinqton razılaşmasının 9/10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı ortaq bəyanata uyğunlaşdırılması vacibliyini səsləndirirlər. Bu da məntiqli istək deyil. Vaşinqton razılaşması 9/10 noyabr razılaşmasını qüvvədən düşdüyü anlamına gəlir.

Rusiya rəsmilərinin və diplomatlarının İrəvana növbəti mesajı “Ermənistan-İran sərhədində rusiyalı sərhədçilərin dayandığını nəzərə alın” şəklindədir. Paşinyan bundan da çıxış yolu tapa bilər. Baş nazir necə ki İrəvan hava limanında xidmət edən rusiyalı sərhədçiləri evlərinə göndərdi, eləcə də Ermənistan-İran sərhədindəki rusiyalı hərbçilərin xidmətindən imtina edə bilər”, – o qeyd edib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı