Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Rusiya XİN Xəzər dənizi üzrə danışıqların əsas məqsədini açıqlayıb

17 avqust / 09:07 2 dəq
Images
17 avqust / 09:07
Burada sizin reklamınız ola bilər

Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması haqqında sazişin bağlanması beş dənizyanı ölkə arasında danışıqların əsasını təşkil edir.

Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov Həştərxanda keçirilən Xəzər Media Forumunda bildirib.

Onun sözlərinə görə, bu, ölkələrə dövlət sərhədlərini və balıqçılıq zonalarını müəyyən etməyə imkan verəcək.

Petrakov deyib ki, birgə saziş mürəkkəb məsələdir, çünki bir neçə dövlətin milli maraqları kəsişir:

“Danışıqlar prosesinin təfərrüatlarını açıqlaya bilmərəm, lakin biz Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupu çərçivəsində bu məsələ ilə bağlı kifayət qədər irəliləyiş əldə edə bilmişik”.

Petrakov qeyd edib ki, Xəzər gənc regiondur, 1991-ci ildə bu strukturda yeni dövlətlərin yaranması ilə formalaşıb. Beş dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edir. 2018-ci ildə dövlətlər arasında qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edən ilk konvensiya imzalanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı