Ağstafa

Ağstafada avtomobil aşdı – Yenilənib

12 mart / 10:13 1 dəq
IMG 20200312 WA0002
12 mart / 10:13
Burada sizin reklamınız ola bilər

Xəbər verdiyimiz kimi, bu gün Ağstafa rayonun Qırılı kəndi ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Kürdəmir rayon sakini Xəyyam Əmiraslanovun idarə etdiyi “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

***

Bu gün səhər saatlarında Ağstafa rayonunun Qırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qərb Xəbər”in məlumatına görə, avtomobil yoldan çıxaraq aşıb. Ehtimal olunur ki, sürücü yuxulu olub.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə aşmış avtomobildən çıxarılıb, avtomobilə isə ciddi ziyan dəyib.

Paylaş
Burada sizin reklamınız ola bilər