Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Aİ Slovakiya və ABŞ arasında bağlanan atom enerjisi sazişini təsdiqləyib

4 avqust / 07:48 2 dəq
Robert fitso
4 avqust / 07:48
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyası Slovakiya və ABŞ arasında atom enerjisi sahəsində əməkdaşlıqla bağlı hökumətlərarası saziş layihəsini təsdiqləyib.

Bu barədə Slovakiyanın Baş naziri Robert Fitso məlumat verib.

O bildirib ki, Avropa Komissiyası sazişin məzmununu müsbət qiymətləndirib:

“Avropa İttifaqının daxili qaydalarına əsasən, üzv ölkələr üçün Aİ-yə daxil olmayan ölkələrlə bağlanacaq bu kimi razılaşmalar əvvəlcədən Aİ tərəfindən qiymətləndirilməlidir. Saziş layihəsi artıq ABŞ tərəfindən təsdiqlənib və yaxın vaxtlarda Slovakiya hökuməti də onu qəbul edəcək”.

Fitso əlavə edib ki, sənəd imzalandıqdan sonra Yaszlovske-Bohuņitse qəsəbəsində yeni atom elektrik stansiyası blokunun inşası ilə bağlı əlavə saziş də bağlanacaq.

Xatırladaq ki, Fitso daha əvvəl Slovakiyanın 2028-ci il yanvarın 1-dən etibarən Rusiya qazından tam imtina ilə bağlı Aİ təşəbbüsünü dəstəkləməyəcəyini bildirmişdi. O, bu təşəbbüsü Rusiyaya qarşı hazırlanan 18-ci sanksiya paketinin bir hissəsi adlandıraraq, paketin yalnız Slovakiya üçün risklərin qiymətləndirilməsindən sonra dəstəklənə biləcəyini vurğulamışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı